Rusiya ABŞ və İran arasında aparılan danışıqları izləyir və dialoqun təşkilində hər iki ölkəyə dəstək verməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mayın 13-də jurnalistlərlə söhbətində bildirib.
"Biz İran və ABŞ arasında birbaşa dialoqda baş verənləri diqqətlə izləyirik. Biz bu dialoqa hər cür kömək göstərməyə hazırıq. Tərəflər bizim hazır olduğumuzu yaxşı bilirlər", - TASS onun sözlərindən sitat gətirir.
Eyni zamanda diplomat qeyd edib ki, tamhüquqlu “altılıq”ı (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranla bağlı danışıqlar masası arxasında bir araya gətirmək şansları çox azdır. Onun fikrincə, yaxın gələcəkdə belə danışıqlar formatının bərpasını gözləmək lazım deyil.