Вернуться назад Распечатать

Aİ digər fikirləri alqışlamır və müxalifləri cəzalandırır - Orban

Avropa İttifaqı (Aİ) fikir plüralizmini alqışlamır; “Brüssel orkestri”ndə ancaq bir melodiya səslənir, müxaliflər cəzalandırılır, onları devirməyə cəhd edilir.

1xeber.media xəbər verir ki, belə ki, Macarıstanın baş naziri Viktor Orban özünün X sosial şəbəkə hesabında Aİ siyasətindən narazılığını bildirib.

"Brüssel orkestrində yalnız bir melodiyaya icazə verilir. Əgər digərini etsəniz, ölkənizin maliyyəsini kəsəcək, hökumətinizi ləkələyəcək və hətta sizin yerinizə bir kukla qoymağa çalışacaqlar. Nəticə nədir? "AB böhran içindədir", Macarıstan hökumətinin başçısı deyib.

Orban qeyd edib ki, “Avropalılar özləri belə siyasətdən əziyyət çəkirlər və bunun üçün yüksək qiymət ödəyirlər”. O, belə hadisələrin ssenarisinin “artıq davam edə bilməyəcəyini” vurğulayıb.