Вернуться назад Распечатать

General Şahin Mirzəyevin işi təftiş edilir?

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlamalar aparılması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilir ki, yoxlamalar nazirliyin idarələrində həyata keçirilir.

1xeber.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a qurumda heç bir yoxlama aparılmadığı bildirilib:

“Naxçıvan Fövqəladə Hallar Nazirliyi normal rejimdə fəaliyyətini davam etdirir”.

Məlumat üçün bildirək ki, Naxçıvan MR-in fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevdir.