Вернуться назад Распечатать

ADY sədri bu məmuru bir ay əvvəlki vəzifəsinə qaytardı - Müəmma

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Təsərrüfat departamentinə yeni direktor təyin edilib.

1xeber.media  xəbər verir ki, bu vəzifə Fərid Şamo oğlu Hüseynova həvalə olunub.
 
O, bundan əvvəl ADY-nin Təchizat departamentinin direktoru olub.
 
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov Təsərrüfat departamentinin müdiri olub.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov ötən ay Fərid Hüseynov sözügedən vəzifəsindən azad edərək Təchizat departamentinin müdiri vəzifəsinə təyin edib. O, bu gün Təchizat departamentinin müdiri vəzifəsindən alınaraq, yenidən əvvəlki vəzifəsinə qaytarılıb.