Ukrayna prezidenti Vladimir Zelenskinin 2025-ci il may ayının birinci yarısında reytinqi artaraq 74 faizə çatıb.
1xeber.media xəbər verir ki, bu məlumatlar Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğuda göstərilib.
Eyni zamanda, respondentlərin 22 faizi Ukrayna liderinə etimadsızlıq nümayiş etdirib. Əvvəlki araşdırma göstərib ki, vətəndaşların 69 faizi prezidentə, 24 faizi isə ona etibar etmir.
Qeyd olunur ki, sorğu mayın 2-dən 12-dək aparılıb.Sorğuda ölkədə yaşayan mindən çox Ukrayna vətəndaşı iştirak edib.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Ukrayna tərəfinə Rusiya ilə birbaşa danışıqları bərpa etməyi təklif edib. Bu məqsədlə o, mayın 15-də İstanbulda görüşün keçirilməsini təklif edib.