Qərb ölkələri öz qoşunlarını bu ölkə ərazisində yerləşdirmək üçün əməliyyata başlasa belə, Polşa Ukraynaya öz bölmələrini göndərməyəcək.
1xeber.media xəbər verir ki, bunu “onet.pl” internet portalına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
"Bizim bu əməliyyatda iştirakımız, əgər bu baş tutarsa, Ukrayna torpaqlarında Polşa əsgərlərinin olmasını ehtiva etməyəcək", - o qeyd edib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Polşa hərbçilərinin Ukrayna ərazisinə mümkün yerləşdirilməsi ilə bağlı bəyanatını belə şərh edib. Amerika diplomatının sözlərinə görə, ABŞ Ukrayna münaqişəsinin nizamlanması üçün şərt kimi Avropa ölkələri ilə Dneprdən qərbə hərbi qrupun yerləşdirilməsi məsələsini müzakirə edir. Kelloq iddia edir ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa artıq təşəbbüsə qoşulub.
Bundan əvvəl respublikanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da Polşanın Ukraynaya əsgər göndərməkdən imtina etdiyini açıqlamışdı.