Вернуться назад Распечатать

ABŞ Zelenskini NATO sammitində görmək istəmədi

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin 24-25 iyun tarixlərində Haaqada keçiriləcək Şimali Atlantika Alyansının sammitinə dəvət edilməsinə qarşı çıxıb.

1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Ukrayna prezidenti Zelenskiyə NATO-nun Haaqa sammitinə dəvət göndərilməsinin əleyhinədir", - diplomatik mənbələr bildirib.

Məqalədə o da qeyd olunur ki, hazırda NATO-nun yalnız dörd Asiya tərəfdaşı dəvət olunub: Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya. Agentliyin mənbəsinin sözlərinə görə, “demək olar ki, bütün müttəfiqlər Vaşinqtonda bu seçimlə bağlı şübhələrini bildiriblər”.

Daha əvvəl bildirilmişdi ki, NATO sammiti iştirakçıları Ukraynanın alyansa üzvlüyündən çox, hərbi xərclərin artırılması və hərbi istehsalın artırılması mövzusuna diqqət yetirəcəklər. Bundan başqa, alyansın ötən il Kiyevə 40 milyard dollar dəstək verməklə bağlı vədinin uzadılması məsələsi müzakirə olunmayacaq.