Вернуться назад Распечатать

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi

Müdafiə Sənayesi Nazirliyinə məxsus Mərkəzi Təminat və Marketinq İdarəsi MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

1xeber.media report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

O, yaxın aylara qədər nazirliyə məxsus Radioquraşdırma Zavodu MMC-nin direktoru olub.

Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.