Вернуться назад Распечатать

Vasif Əmirova yüksək vəzifə verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.  

1xeber.media Referans.az-a istinadən xəbər verir ki,  bir neçə gün bundan öncə SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsindən azad edilən Vasif Əmirov SOCAR-da daha yüksək posta Baş ofisdə Loqistika və İnfrastrukturun idarə olunması Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsinə isə Pərviz İbadullayev təyinat almışdı.