Вернуться назад Распечатать

SSRİ bayrağı qaldırılan tədbir şuranın saytından silindi

Xəbər verdiyimiz kimi, İmişli rayon Ağsaqqallar Şurası tərəfindən rayonun Sarıxanlı kəndində keçirilən SSRİ bayraqlı və “Georgi lentli” 9 may tədbiri ciddi qınağa səbəb olub.

Bunun nəticəsində İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da vəzifəsindən azad edilib.

1xeber.media  məlumatına görə, sözügedən tədbirlə bağlı məlumat və fotolar Azərbaycan Ağsaqqallar Şurasının göstərişi ilə rayon Ağsaqqallar Şurasının saytından silinib.

unikal