Вернуться назад Распечатать

Trampa verilən 400 milyon dollarlıq təyyarə aranı qarışdırıb

400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini ABŞ prezidenti Donald Tramp istədiyi zaman ala bilər, tərəfimizdən şəxsi hədiyyə deyil, hökumətlərarası rəsmi müqavilədir.

1xeber.media CNN-ə istinadən xəbər verir ki, bunu Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.

"Bu, çox sadə hökumətlərarası sazişdir", - o qeyd edib.

Bundan əlavə, baş nazir bu sövdələşmənin hələ də hüquqi baxışda olduğunu bildirib.

Daha əvvəl bildirilmişdi ki, Qətərin kral ailəsi Amerika liderinə "Boeing 747-8" təyyarəsini hədiyyə edib. Demokratlar isə bunu tənqid edib və araşdırma aparılmasını tələb ediblər.