Keçmiş ABŞ lideri Co Baydenin dövründə Ukrayna ABŞ-dan 350 milyard dollar yardım aldı, sanki “uşaqdan konfet alır”.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Mən həqiqətən ümid edirəm ki, Rusiya və Ukrayna nəsə edə bilər, çünki buna son qoyulmalıdır: “Təkcə ona görə deyil ki, biz buna 350 milyard dollar xərcləmişik”.
Ağ Ev rəhbərinin sözlərinə görə, Bayden heç bir hesabat vermədən Kiyevə pul verib. Tramp əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski hər dəfə ABŞ-a gələndə Vaşinqtondan uşaqdan konfet alan kimi yüz milyardlarla pul götürüb.
Bununla belə, Tramp vurğulayıb ki, hazırkı Amerika administrasiyası Ukraynaya yardıma daha sərt yanaşır.
Daha əvvəl Tramp Ukrayna ilə bağlı danışıqlar üçün hələ də İstanbula gələ biləcəyini bildirmişdi. O, lazım gələrsə, mayın 16-da Türkiyəyə gələ biləcəyini qeyd edib.