Вернуться назад Распечатать

Fransanın keçmiş prezidenti ev dustaqlığından azad edilib

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi “istintaqa təsir və təzyiq işi” üzrə məhkum olunduğu ev dustaqlığından vaxtından əvvəl azad edilib.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hökm yalnız 2024-cü ilin dekabrında Kassasiya Məhkəməsinin qərarından sonra qüvvəyə minib.

Qeyd edək ki, 2021-ci ildə Paris məhkəməsi 70 yaşlı - Nikolya Sarkozini korrupsiyada və nüfuz alverində təqsirli bilmişdi. İstintaqın versiyasına görə, 2014-cü ildə Sarkozi vəkili Tyerri Erzok vasitəsilə Kassasiya Məhkəməsinin sabiq baş prokuroru Jilber Aziberdən məxfi xidmət məlumatları almağa çalışıb. 2023-cü ilin mayında Paris Apellyasiya Məhkəməsi 2021-ci ildə çıxarılmış hökmü qüvvədə saxlayaraq Sarkozini bir il azadlıqdan məhrum edib, əlavə olaraq iki il şərti cəza təyin etmişdi