Вернуться назад Распечатать

Danışıqların keçirildiyi əraziyə ABŞ, Türkiyə və Ukraynanın nümayəndə heyətləri gəlib

ABŞ, Türkiyə və Ukrayna nümayəndə heyətləri üçtərəfli görüşlərinin keçiriləcəyi İstanbuldakı danışıqlar yerinə gəliblər.

1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Üç dövlətin nümayəndələri arasında danışıqlar Moskva vaxtı ilə saat 10:45-ə planlaşdırılıb və Türkiyə prezident administrasiyasının İstanbuldakı Dolmabaxça sarayındakı ofisində baş tutacaq.

Bundan əvvəl məlum olub ki, Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin də görüşü saat 12:30-a planlaşdırılıb.

Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi və İstanbulda görüşməyi təklif edib.