Вернуться назад Распечатать

DSX-nin 190 minlik tenderi ləğv edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) soyuducuların və yeməkxana avadanlıqlarının əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv edilib.

1xeber.media xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Ləğv edilmənin səbəbi açıqlanmayıb.

Satınalmanın ümumi dəyəri 189 525 AZN olub.

Pravda.az