Вернуться назад Распечатать

Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə görüş keçirib.

Bu barədə 1xeber.media Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının aktual məsələlərini müzakirə edib, həmçinin onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardılar.

“Həmçinin iki ölkə arasında çoxtərəfli formatlar, o cümlədən regionda əməkdaşlığın gücləndirilməsi üçün birgə yanaşmaların formalaşdırılması üçün effektiv platforma olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.