Вернуться назад Распечатать

Velosipedçimiz Qazaxıstanda bürünc medal QAZANDI

Azərbaycan velosipedçisi Məryəm Hüseynova Astanada keçirilən Qazaxıstanın açıq çempionatında bürünc medal qazanıb.

Azərbaycan Velosiped Federasiyasından "Unikal"a verilən məlumata görə, trek velosipedi yığmamızın üzvü 2009-2010-cu il təvəllüdlü 38 idmançının omnuim yarışında 200 metr məsafəyə sprint üzrə mübarizəsində 3-cü olub.

Eyni yaş kateqoriyasında çıxış edən digər təmsilçimiz Çingiz İsayev isə 40 iştirakçı arasında 4-cü yeri tutub.