Вернуться назад Распечатать

Ukrayna Rusiya ilə gömrük sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib

Ukrayna Rusiya ilə gömrük sahəsində əməkdaşlığa dair müqaviləni ləğv edib.

1xeber.media xəbər verir ki, bu barədə mayın 16-da Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk öz Teleqram kanalında məlumat verib.

"Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş qüvvəsini itirib", - telekanalın nəşrində deyilir.

Sənəd 1993-cü il iyunun 24-də Kiyevdə imzalanıb.