Вернуться назад Распечатать

ABŞ-ın Ukraynadakı keçmiş səfiri istefasının səbəbini açıqlayıb

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bridcet Brink ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı siyasəti ilə razılaşmadığı üçün vəzifəsini tərk etdiyini bildirib.

1xeber.media xəbər verir ki, bu barədə Detroit Free Press məlumat yayıb.

"Tramp administrasiyasının siyasəti əvvəldən təcavüzkar Rusiyaya deyil, qurban olan Ukraynaya təzyiq göstərmək olub. "Ona görə də mən artıq administrasiyanın siyasətini sədaqətlə həyata keçirə bilmədim və istefa verməyi özümə borc bildim" deyə yazıb.

Daha əvvəl “Financial Times” (FT) mənbələrə istinadən yazıb ki, Brink Amerika prezidentinin komandasının güclü təzyiqi səbəbindən istefa verib.

Aprelin 10-da məlum olub ki, Brink Amerikanın Kiyevdəki səfiri postunu vaxtından əvvəl tərk etmək niyyətindədir.