Вернуться назад Распечатать

Von der Leyen “Şimal axını”na qarşı sanksiyalarla hədələyib

Avropa İttifaqı (Aİ) “Şimal axını”na da təsir edəcək yeni anti-Rusiya sanksiyaları hazırlayır.

1xeber.media xəbər verir ki, bu barədə mayın 16-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.

Aİ-nin enerji sektorunda məhdudiyyətlər də daxil olmaqla Rusiyaya iqtisadi təzyiqi artırmaq niyyətində olduğu vurğulanır.

"Biz təzyiqi artırmalıyıq. Ona görə də biz yeni sanksiyalar paketi üzərində işləyirik. O, məsələn, "Şimal axını" ilə bağlı sanksiyaları əhatə edəcək", - fon der Leyen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində dərc olunan videomüraciətində bildirib.