Yaponiyadan Rusiyaya minik avtomobillərinin ixracı təxminən bir yarım dəfə artıb. Oktyabrın sonunda tədarüklər ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,8% artıb.
Bu barədə TASS noyabrın 20-də Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.Payızın ortalarında Rusiyaya nə qədər avtomobilin göndərildiyi dəqiqləşdirilməyib. Yaponiya avtomobillərlə yanaşı, Rusiya Federasiyasına nəqliyyat vasitələri üçün ehtiyat hissələri və komponentlərin ixracını da 27% artırıb.