Вернуться назад Распечатать

Maşın körpüyə çırpıldı, 3 nəfər yaralandı

Lənkəranda avtomobil körpüyə çırpılıb, 3 nəfər xəsarət alıb.

1xeber.media məlumatına görə, üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.


Lənkəran rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısını küçə iti çıxıb. Idarəetməni itirən avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər sürücünün həmkəndliləri 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.


K.Qurbanovaya sol baldır sümüyünün 1/3 yerdəyişən sınığı, sağ pəncənin 2-ci dərəcəli termiki yanığı(üzərində olan qaynar termos üstünə dağılıb), sol pəncənin kəsilmiş yarası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.