Вернуться назад Распечатать

Fiko Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendumu dəstəkləmək niyyətindədir

1xeber.media xəbər verir ki,  Slovakiyanın baş naziri Robert Fiko “Şənbə Dialoqları” proqramında belə bir səsvermə baş tutacağı təqdirdə ölkəsində anti-Rusiya sanksiyalarının ləğvi ilə bağlı referendumu dəstəkləyəcəyini bildirib.
"Əgər belə bir referendum baş tutsa, mən bunu sakitcə dəstəkləyəcəm.

Öz adımdan desəm, bəli, onu dəstəkləyəcəm", - Fiko bildirib.

Slovakiya hökumətinin başçısı vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar çox vaxt Avropa Birliyinin özünə də ziyan vurur.