Вернуться назад Распечатать

Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Həmid İsrail oğlu Abdullayev, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Rauf oğlu Quluzadə, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Ülvi Üzeyir oğlu Rzazadə və 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Sabir Rasım oğlu Mövlamov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.