Вернуться назад Распечатать

Tramp açıqladı: Putinlə nələr müzakirə ediləcək?

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.

Bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.

Kreml sözçüsü Dmitri Peskov da bu məlumatı təsdiqləyib.

O bildirib ki, liderlər Ukrayna böhranının həlli və ticarət məsələlərini müzakirə edəcəklər.