Вернуться назад Распечатать

Partlayışda daha bir zərərçəkən xəstəxanada dünyasını dəyişib

Başqırdıstanın Salavat şəhərindəki zavodda baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alan daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

1xeber.media xəbər verir ki, bu barədə mayın 19-da Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin (MD) mətbuat xidmətindən məlumat verilib.

“Salavatda baş verən insident zamanı ağır yanıq və xəsarətlər alan 44 yaşlı kişi təəssüf ki, xəstəxanada dünyasını dəyişib”, - idarənin Telegram kanalında yazıb.

Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə yüksəlib.