Вернуться назад Распечатать

Papanı Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Papa XIV Levi Ağ Evə dəvət edib.

1xeber.media  CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.

Trampın ilk amerikalı Papaya dəvəti bazar günü, XIV Leonun taxta çıxma mərasimi zamanı vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.

“Vitse-prezident Papaya prezidentdən və birinci xanımdan ən səmimi arzularını çatdıran və onu Ağ Evə dəvət edən məktub verdi”, - Levitt bildirib.