“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
1xeber.media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.
Xatırladaq ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.
F.Xəlilov buna qədər “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.