Вернуться назад Распечатать

Rusiya üzən BT-3F-nin sınaqlarına başlayıb

Rostec dəniz piyadaları üçün hazırlanmış BT-3F zirehli transportyorunun dövlət sınaqlarına başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə dövlət korporasiyası Telegram-da məlumat yayıb.

"High-Precision Complexes holdinqimiz BMP-3 bazasında yaradılan BT-3F üzən zirehli transportyorunun dövlət sınaqları mərhələsinə keçdiyini elan edib. Avadanlıqlar müxtəlif iqlim zonalarında quruda və suda göstərilən taktiki-texniki xüsusiyyətləri təsdiq etməli, həmçinin stasionar mövqedən atış sınaqlarından keçməlidir", - deyə məlumatda bildirilir.