Rusiya İsrailin Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına başlamaq qərarını bəyənmir.
1xeber.media xəbər verir ki, bunu mayın 20-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”nın sualını cavablandırarkən deyib.
“Əlbəttə, biz İsrail hakimiyyətinin bu qərarından məyus olduq, bu, qaçılmaz olaraq mülki əhali arasında itkilərin və yeni dağıntıların sayının daha da artmasına gətirib çıxaracaq”, o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Moskva dəfələrlə açıq şəkildə bəyan edib ki, Qəzzada vəziyyəti normallaşdırmağın yeganə yolu münaqişənin həllinin siyasi və diplomatik kanala ötürülməsidir.