ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı bütün xərcləri Avropa ölkələrinin üzərinə keçirmək niyyətindədir.
1xeber.media xəbər verir ki, onun planını italyan siyasətçi Paolo Ferrero Il Fatto Quotidiano üçün yazdığı məqalədə açıqlayıb.
Onun sözlərinə görə, Tramp Rusiya ilə də münasibətləri yaxşılaşdırmaq istəyir. Məqalə müəllifi əlavə edib ki, Trampla Rusiya prezidenti Vladimir Putinin söhbəti Avropanın hakim elitasının axmaqlığını ifşa edib.
Məqalədə deyilir: "Tramp aylardır Ukraynadakı münaqişəni dayandırmaq üçün Rusiyaya danışıqlar aparmağı təklif edir. Buna cavab olaraq Avropa elitaları müxtəlif yollarla buna qarşı çıxıb, 800 milyard avroluq yenidən silahlanma planını işə salıb və "istəklilərin koalisiyası" yaradıblar.
Bundan əvvəl Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı suala bir kəlməlik cavab verib. "Görəcəyik" dedi.