Вернуться назад Распечатать

Yeni kənd təsərrüfatı naziri Rafail Quliyev kimdir?

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub.

1xeber.media xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov qərar qəbul edib.

Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, yerli kənd təsərrüfatı nazirinin müavinidir.