Вернуться назад Распечатать

İlham Əliyev buna görə tarixə düşəcək – Ərdoğan

“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”.

1xeber.media “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

O əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması bu istiqamətdə mühüm addımdır.