Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri, Ali Radanın keçmiş deputatı, vəkil Andriy Portnov İspaniyada güllələnib.
1xeber.media xəbər verir ki, 52 yaşlı siyasətçi çərşənbə günü, mayın 21-də Madrid əyalətinin Pozuelo de Alarkon şəhərindəki elit Amerika məktəbinin yaxınlığında öldürülüb.
Ukraynalı səhər saat 9:15 radələrində uşaqlarını məktəbə apararkən güllələnib. Hadisə yerinə gələn xilasedicilər həyatla bir araya sığmayan xəsarətlər aşkar etdikləri üçün ölümü təsdiqləyiblər.
Yerli El Mundo qəzetinin məlumatına görə, Portnova arxadan 5 atəş açılıb. Güllələrdən biri onun boyun nahiyəsinə dəyib, bundan sonra o, üzü aşağı yıxılıb və hücumçu onu başından güllə ilə bitirib.
Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrindəki mənbə Yanukoviçin keçmiş müşavirinin ölümünü təsdiqləyib. Polis onun qətlində atəş açdıqdan sonra Casa de Campoya tərəf qaçan hündürboy, arıq adamın əli olduğundan şübhələnir. Ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlanılıb. İspaniya polisi hadisə yerindən video yayımlayıb.