Вернуться назад Распечатать

Ermənistanda ukraynalaşmadan əsər-əlamət yoxdur, orada rus dili sıxışdırılmır - Lavrov

Ermənistanda rusdilli əhalinin sıxışdırılması şəklində ukraynalaşmadan əsər-əlamət yoxdur.

1xeber.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra mətbuat konfransı zamanı deyib.

“Mən Ermənistanın Ukraynalaşması üçün heç bir səbəb görmürəm: “Ermənistan bizim müttəfiqimiz, dostumuzdur”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrov qeyd edib ki, Ermənistanda Ukraynada olduğu kimi rus dilini və mədəniyyətini qadağan edən, rusdilli insanları hüquqlarından məhrum edən qanunlar yoxdur. Onun sözlərinə görə, heç bir ölkədə Kiyev rejimi kimi dil qadağası təcrübəsi yoxdur.