Вернуться назад Распечатать

İlham Əliyev Türkiyəyə gedir

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

1xeber.media teleqraf-a  istinadla xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.

Onun sözlərinə görə, iyunun 17-də Qəhrəmanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsi istifadəyə veriləcək.

“İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq”, - nazir vurğulayıb.