Вернуться назад Распечатать

Prezident Təbrizdə xəstəni əməliyyat etdi

İran prezidenti və məşhur cərrah Məsud Pezeşkian Təbrizə səfəri zamanı yenidən əməliyyat otağına qayıdıb.

İran mediasının məlumatına görə, Pezeşkian şəxsən şəhərdəki tanınmış xəstəxanalardan birində ürək əməliyyatı keçirib.

İxtisascə həkim-cərrah olan Pezeşkian siyasətə başlamazdan əvvəl tibb mərkəzlərində həkim və ürək cərrahı kimi çalışıb. O həmçinin səhiyyə naziri postunu tutub.