Вернуться назад Распечатать

Xuraman Muradova “TÜRK XALQLARININ BİRLİYİ“ medalı ilə təltif olundu

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bütün Türk dövlətləri səfirliklərinin nümayəndə heyətinin, Türk dünyasının dəyərli ziyalılarının iştirakı ilə Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliklərinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradovanın Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandana həsr olunmuş “Əsrə bərabər 20 il” və “Əsrin qəhrəmanı olan Komandan” kitablarının təqdimi, müzakirəsi keçirildi.

1xeber.media xəbər verir ki tədbirdə çıxış edən Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, Beynəlxalq Türk Mədəniyyti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycan nümayəndəliyinin təmsilçisi Ufuk Turganer, Qazaxıstan səfirliyindən Yedil Mirzabekov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Majid, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Gulbahor Ashurova, Özbəkistan Pedaqoji Universitetinin professoru Dilorom Adilova, Azərbaycanın tanınmış ziyalıları, millət vəkili Vüqar İsgəndərov Yazgül Abdıyeva, İlqar Türkoğlu, Elman Quliyev çıxışlarında vurğuladılar ki, “Əsrə bərabər 20 il” və “Əsrin qəhrəmanı olan Komandan” kitabları Xuraman Muradovanın Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hörmət, ehtiram və vəfa borcunun izharıdır.

Qeyd edək ki Xuraman Muradovaya Qazakıstanın Milli Qəhrəmanı “MUQALİ BAHADUR”adına layiq görüldüyü MEDALI və “TÜRK XALQLARININ BİRLİYİ “MEDALI təqdim olunmuşdur.