Вернуться назад Распечатать

Yanukoviçin keçmiş məsləhətçisinin qatili Portnova azı 9 dəfə atəş açıb

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnovun qatili öz qurbanına azı 9 atəş açıb.

1xeber.media xəbər verir ki, bu barədə mayın 22-də İspaniyanın EFE xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

“İlkin istintaq zamanı məlum olub ki, cinayəti törədən şəxs kürəyindən azı doqquz atəş açıb, belə ki, hadisə yerindən doqquz giliz tapılıb”, - nəşr yazır.

Agentliyin məlumatına görə, cinayət yerindən tapılan çoxlu gilizlər atəş açan şəxsin Portnovun ölümünü təmin etmək istədiyini göstərir. Cinayətkarın axtarışı davam edərkən, müstəntiqlərin araşdırmalarını CCTV kameralarının təhlilinə yönəltdikləri bildirilir.