Вернуться назад Распечатать

Bəzi ixtisaslarda keçid balları artırıla bilər

"Bu il ali məktəblərə keçid balı artıla bilər". 

1xeber.media  milli.az-a istinadla xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi  bildirib.

Onun sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında artım gözlənilir:

"Artım birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram mühəndisliyi, proqram təminat mühəndisliyi, süni intellekt ixtisası üzrə ixtisaslarda, ikinci qrupda maliyyə, logistika, iqtisadiyyat, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, erməni dili, ispan dili, Koreya, Çin, yapon dili, dördüncü qrupda stomatologiya, psixologiya, biotexnologiya tədris ingilis dilində ixtisaslarında artım mümükndür.

Beşinci qrupda isə dizayn, təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi ixtisaslarında 3-5 bal artım gözlənilir". 

E. Əfəndi qeyd edib ki, bəzi ixtisas üzrə ballar aşağı düşə bilər:

"Məsələn, üçüncü ixtisas qrupunda regionşünaslıq, rus dili ixtisasları üzrə ballar azala bilər. Buna səbəb isə Qarabağ Universitetində plan yerlərinin artırılmasıdır. Birinci ixtisas qrupunda aqrar yönümlü ixtisaslar, ikinci ixtisas qrupunda biznesin idarə edilməsi və turizm, üçüncü ixtisas qrupunda sosial iş, muzeylərlə bağlı, dördüncü qrupda isə bağçılıq və tərəvəzçilik, baytarlıq və ekologiya istiqamətində olan ixtisaslardır. Bu ixtisaslarda keçid balı 150 baldır. Ən aşağı göstəricilər bu ixtisaslarda qeydə alınacaq".