Вернуться назад Распечатать

Orban Ukraynanı Macarıstan ərazisinə casusluqda ittiham edib

Ukrayna Macarıstan ərazisində casusluq əməliyyatları, o cümlədən kəşfiyyat əməliyyatları aparır.

1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban mayın 23-də Kossuth radiostansiyasının efirində bildirib.

"Onların bir çox hərəkətləri göstərir ki, onlar macarları Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləmək zərurətinə inandırmağa çalışırlar", - o vurğulayıb.

Gazeta.Ru əlavə edib ki, Ukrayna agentləri Macarıstandakı müxalifət partiyaları ilə əlaqə qurur və “dezinformasiya kampaniyaları” həyata keçirir. Siyasətçi vurğulayıb ki, bu hərəkətlər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı hazırda Macarıstanda keçirilən referenduma etimadı sarsıtmaq məqsədi daşıyır.