Вернуться назад Распечатать

Lavrov Rusiya və Ukraynanın Vatikanda görüşündən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Ukrayna arasında Vatikanda aparılan danışıqlar real deyil.

1xeber.media xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Diplomatın fikrincə, onun Vatikanda keçirilməsi ssenarisi real deyil. Lavrov onu da qeyd edib ki, ikinci görüşün vaxtı və yeri barədə hələlik məlumat yoxdur.

O, həmçinin qeyd edib ki, memorandumun imzalanmasına hazırlıq hələ də davam edir.