Вернуться назад Распечатать

İbrahim Borçalının bacısı oğlu da vəfat etdi

Müğənni İbrahim Borçalının ailəsinə ağır itki üz verib.

1xeber.media xəbər verir ki, sənətçinin bacısı oğlu gənc yaşda dünyasını dəyişib. Bu haqda ifaçı nstaqramda canlı yayımda olarkən deyib.

“Ürəyindən... İnfarkt keçirtdi və rəhmətə getdi”, - deyə Borçalı bildirib.

Qeyd edək ki, müğənninin oğlu Rəhim 2020-ci ildə Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!