Rusiya prezidenti Vladimir Putin miqrantların mobil proqram vasitəsilə qeydiyyata alınması üçün 2025-2029-cu illərdə Moskva və Moskva vilayətində eksperimentin keçirilməsi haqqında qanun imzalayıb.
1xeber.media xəbər verir ki, Müvafiq sərəncam mayın 23-də hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.
Bildirilir ki, qanun Rusiyaya gələn əcnəbi vətəndaşların qeydiyyatı üçün əlavə mexanizmlərin tətbiqi üçün 2025-ci il sentyabrın 1-dən 2029-cu il sentyabrın 1-dək paytaxtda və Moskva vilayətində aparılacaq eksperiment müəyyən edir.
Sənəddə qeyd olunur ki, qeydiyyat Rusiyaya vizasız gələn və bu ölkədə patent əsasında işləmək hüququ olan əmək miqrantlarına şamil ediləcək.