Вернуться назад Распечатать

BMT Baş katibi Azərbaycana səfərə gəldi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Bu barədə 1xeber.media  AZƏRTAC-a istinadən xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.