Ticarət sahəsində ABŞ üzərində üstünlük əldə etmək məqsədilə yaradılmış Avropa İttifaqının öhdəsindən gəlmək çox çətin olub.
1xeber.media məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlarla müzakirələrimiz heç bir yerə getmir. Buna görə də mən 2025-ci il iyunun 1-dən başlayaraq Avropa İttifaqına birbaşa 50 faiz tarif tətbiq etməyi tövsiyə edirəm. Əgər məhsul ABŞ-da istehsal edilibsə, heç bir tarif olmayacaq”, - deyə Tramp əlavə edib.