Вернуться назад Распечатать

Ukrayna Putinlə Zelenskinin görüşünə hazırlaşır

Ukrayna Xarici İşlər Nazirliyi ölkə prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş üzərində işləyir.

1xeber.media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa deyib.

"Bizim də üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Etiraf edirik ki, bu görüş geniş tərkibdə ola bilər", - deyə o qeyd edib.