Вернуться назад Распечатать

Adil Əliyevin yeni müavini kimdir?

Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Adil Vəliyevə yeni müavin təyin edilib.

1xeber.media xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə 1983-cü il təvəllüdlü Ramil Əliyev təyinat alıb.

 Qeyd edək ki, Ramil Əliyev bundan əvvəl Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışıb.