Вернуться назад Распечатать

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.