Вернуться назад Распечатать

Rusiya Ermənistanı qarışdırır: Köçəryanı təcili Moskvaya çağırdılar

Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, Ermənistanla iş üzrə yeni kurator, Rusiya prezidentinin aparat rəhbərinin müavini Sergey Kiriyenko aktiv fəaliyyətlə məşğuldur.

Məlumata görə, bir neçə gün əvvəl Xocalı qatili Robert Köçəryan Moskvada qısamüddətli səfərdə olub. O, bir neçə ay əvvəl Moskvaya səfər etsə, təcili tapşırıqla yenidən Rusiyaya üz tutub.

Nəşr bildirir ki, Köçəryən Kremldən təlimatlar alıb.

“Amma Kremldə onun “qulağına” deyilənlər barədə hələ də komandasına məlumat verməyib. Əvvəlki səfərdən sonra mətbuat konfransı keçirərək aktivləşdiyini açıqladı. Şayiələrə görə, budəfəki mövzu Paşinyanın impiçment məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı istisna edilmir.

O da istisna edilmir ki, Köçəryana bu məsələdə çox da qətiyyətli olmamağa çağırılıb və onunla baş nazirliyə namizədlərin adları müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub”, - nəşr bildirir.